Gürcüstanda cinayət törətmiş şəxs Azərbaycanda yaxalandı

Gürcüstanda cinayət törətmiş şəxs Azərbaycanda yaxalandı
15:49 26 Aprel 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin əməkdaşları növbəti dəfə dövlət sərhədinin pozulmasının qarşısı alıb. DSX-nin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, aprelin 14-də dövlət sərhədinin pozulması faktı ilə əlaqədar həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gürcüstanda törətdiyi cinayət əməlindən yayınaraq Azərbaycanda gizlənməyə cəhd edən Gürcüstan vətəndaşı, 22.10.1989-cu il təvəllüdlü Xələfov Qəmin Ayvaz oğlu saxlanılıb. Q. A. Xələfovun gizləndiyi Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində yerləşən balıqçılıq təsərrüfatının inzibati binasına keçirilmiş baxış zamanı ona məxsus 1 ədəd PM markalı tapança, 1 ədəd daraq və 2 ədəd 9 mm patron aşkar olunaraq götürülüb.

 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273142

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR