Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi

Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi
04:29 27 Aprel 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Xabarovsk hava yolları” aviaşirkətinə məxsus təyyarə qəza enişi edib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, “An-26” sərnişin təyyarəsində pilotların kabinəsində şüşə çatlayıb. Bu səbəbdən havaya qalxan təyyarə Xabarovsk hava limanına dönməli olub.

 

Təyyarənin göyərtəsində 30 sərnişin və 5 ekipaj üzvü olub. İnsident nəticəsində zərərçəkən olmayıb. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273183

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR