FHN Lənkərandakı ağır qəza ilə bağlı məlumat yaydı

FHN Lənkərandakı ağır qəza ilə bağlı məlumat yaydı
04:34 27 Aprel 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi ötən axşam Lənkəran rayonunda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Lənkəran rayonu, Velədi kəndi ərazisində “Mercedes” və “Lada” markalı minik avtomobilləri ilə “Howo” markalı yük avtomobilinin toqquşması nəticəsində yol qəzasının baş verməsi barədə məlumat daxil olub.

 

Dərhal nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Lada” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:55-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273184

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR