Bəhreyn İslamiadada 3 idman növündə təmsil olunacaq

Bəhreyn İslamiadada 3 idman növündə təmsil olunacaq
09:32 27 Aprel 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Bəhreyn Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 3 idman növündə təmsil olunacaq.
"Report"un məlumatına görə, bu barədə Bəhreyn Olimpiya Komitəsinin baş katibi Abdulrahman Əsgər açıqlama verib. O bildirib ki, ölkə idmançıları atletika, atıcılıq və güləş növlərində qüvvələrini sınayacaqlar. A.Əsgərin fikrincə, İslamiadada iştirak Bəhreyn üçün regionun ən yaxşı idmançıları ilə rəqabət və inkişafa nail olmaq baxımından əla imkandır. O, Oyunlarda daha çox medal qazanmağa çalışacaqlarını vurğulayıb.
Qeyd edək ki, İslamiada 12 - 22 mayda keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/behreyn-i-slamiadada-3-idman-novunde-temsil-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR