Bakıda 22 yaşlı gəncin ağzın kəsdilər

Bakıda 22 yaşlı gəncin ağzın kəsdilər
09:52 27 Aprel 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda gənc oğlan ağzından bıçaqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Əhmədov Tərlan Əfqan oğluna ağzının sağ nahiyəsindən bıçaqla xəsarət yetirilib. T.Əhmədov xəstəxanaya yerləşdirilib.

O, polisə ilkin ifadəsində yıxıldığını, bu zaman ağzını şüşə kəsdiyini deyib. Lakin Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları T.Əhmədovun ifadəsinin yalan olduğunu üzə çıxarıblar.
Məlum olub ki, 22 yaşlı gənc mübahisə zamanı bıçaq xəsarəti alıb. Hazırda ona xəsarət etmiş şəxsin kimliyi araşdırılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR