Türkiyənin gənclər və idman naziri İslamiadanın açılışına gələcək

Türkiyənin gənclər və idman naziri İslamiadanın açılışına gələcək
14:52 27 Aprel 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç Azərbaycana səfər edəcək.

Diplomatik mənbələrdən "Report"a verilən məlumata görə, nazir Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Açılış mərasiminə gələcək.

Nazirin Bakıya mayın 11-də gəlişi gözlənilir. Səfəri zamanı türkiyəli məmurun Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, İslamiada 12 - 22 mayda keçiriləcək. 



Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/turkiyenin-gencler-ve-idman-naziri-i-slamiadanin-acilisina-gelecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR