Bakı ermənisi Sülh Platformasının ofisinə baş çəkdi - FOTO

Bakı ermənisi Sülh Platformasının ofisinə baş çəkdi - FOTO
19:24 27 Aprel 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Ermənistan-Azərbaycan Sülh Platformasının ofisində Bakı şəhərində anadan olmuş, lakin Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir çox ermənilər kimi Azərbaycandan köçməyə məcbur olan Erik Xaçaturovla görüş keçirilib.
 
Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Xaçaturov bu il yanvarın 6-dan etibarən Ermənistan-Azərbaycan Sülh Platformasının üzvüdür.
 
Görüşdə E. Xaçaturov keçirdiyi hisslərdən danışıb, 30 ildə Bakının daha da gözəlləşdiyini söyləyib. O, illərlə həsrət qaldığı şəhərə gəlməkdən çox xoşbəxt olduğunu vurğulayıb. E. Xaçaturov münaqişədən əvvəl Bakıda ermənilərin azərbaycanlılarla mehriban yaşadıqlarından bəhs edib  və bu mövzuda öz xatirələrini bölüşüb. O qeyd edib ki, siyasətdən uzaq, sadə insanlar iki xalqın düşmənçiliyini heç zaman təsəvvür edə bilmirdilər və bu cür insanlar üçün öz doğma torpaqlarına dönmək imkanının olması ən vacib amildir.
 
E. Xaçaturov bu fürsəti ona yaratdıqları üçün platformanın üzvlərinə, xüsusilə Orxan Nəbiyeva, Süzan Caginyana, Səidə Qocamanlıya, Novella Cəfəroğluna və Dilarə Əfəndiyevaya öz dərin minnətdarlığını bildirib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR