Ermənistan Azərbaycana “OSA” zenit raketi atdı - FOTOLAR

Ermənistan Azərbaycana “OSA” zenit raketi atdı - FOTOLAR
12:09 28 Aprel 2017
94 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.

 

Lent.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 27-də axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.

 

Əraziyə baxış keçirilərək 9M33M2 tipli raketin başlıq hissəsi və digər qalıqları tapılaraq götürülüb.

 

İlkin araşdırma Ermənistan silahlı qüvvələrinin silahlanmasında olan raketlərin köhnə və istismara yararsız olduğunu göstərib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR