"Pul qıtlığı yaranıb " - KOMİTƏ SƏDRİ

"Pul qıtlığı yaranıb " - KOMİTƏ SƏDRİ
13:09 28 Aprel 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

"Pul qıtlığı problemi bizi ciddi narahat edir". "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə deyib.
 
Onun sözlərinə görə, pul qıtlığı məsələsi ciddi müzakirə edilməlidir: "Biz monitorinqlər aparmalıyıq, həmçinin, banklarla əlaqədar sağlamlaşdırma işləri aparmalıyıq. Pul qıtlığı yaranıb. Bizə bununla bağlı çoxlu müraciətlər daxil olur. Bu, çox ciddi problemdir, bunu ciddi müzakirə etməliyik. Pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq da artmayacaq".
 
Komitə sədri əlavə edib ki, iqtisadi fəallığı artırmaq üçün tədbirlər görülməlidir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR