Azərbaycanda ən çox məktəbin olduğu rayonlar açıqlandı - SİYAHI

Azərbaycanda ən çox məktəbin olduğu rayonlar açıqlandı - SİYAHI
13:14 28 Aprel 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanda məktəblər gündüz ümumtəhsil müəssisələri və digər ümumtəhsil müəssisələri olmaqla iki növə ayrılır və onların ümumilikdə sayı 4476-dır.

 

Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin 2016-cı ilə dair illik hesabatında bildirilib ki, bu məktəblərin 3300-ü tam orta, 804-ü ümumi orta, 329-u isə ibtidai məktəbdir.

 

Digər növ məktəblərin sayı az olub, ümumi çəkidə 1%-ə çatmır. Onlardan 17-si internat tipli məktəblər, 13-ü internat sinifləridir. Axşam, qiyabi məktəblər və siniflərin sayı isə müvafiq olaraq 7 və 6-dır.

 

Ümumtəhsil müəssisələrindən 316-sı Bakı şəhərində, 216-sı Naxçıvan Muxtar Respublikasında yerləşir.

 

3205 məktəb isə respublikanın digər şəhər və rayonlarının payına düşür.

 

Ən çox məktəbi olan rayonlara 135 məktəblə Quba və Ağdam başçılıq edir. Onları 125 məktəblə Cəlilabad, 123 məktəblə Xaçmaz, 111 məktəblə Laçın və 110 məktəblə  Kəlbəcər izləyir. Naftalan şəhəri isə 3 məktəblə say sıralanmasına görə sonuncu yerdədir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273330

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR