Ən az və ən çox şagirdi olan rayonların adları açıqlandı

Ən az və ən çox şagirdi olan rayonların adları açıqlandı
14:39 28 Aprel 2017
217 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda təhsil alan bütün şagirdlərin sayı 1,473, 189 nəfərdir.

 

Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin 2016-cı ilə dair illik hesabatında bildirilib ki, təhsil alanların sayının ən çox olduğu rayon Sabunçu (59.088 nəfər), ən az olduğu isə Sədərək (1.296 nəfər) rayonudur. 

 

Bakı şəhəri üzrə məktəblərin də, şagirdlərin də əsas hissəsi beş rayonda – Sabunçu, Xətai, Suraxanı, Binəqədi və Xəzər rayonlarında cəmlənib.

Müqayisə üçün qeyd edək ki, Sabunçu rayonunda 59,088 nəfər, Pirallahı rayonunda 2, 761 nəfər .şagird təhsil alır.

 

Şagird sayı ən az olan 5 rayon (şəhər) Xocavənd ( 2.053 şagird),  Şahbuz ( 2.021 şagird), Xocalı ( 1.536 şagird),  Naftalan ( 1.349 şagird)  və Sədərəkdir (1.296 şagird). 

 

Azərbaycanda şagird sayı ən çox olan 5 rayon (şəhər) Sumqayıt, Abşeron, Gəncə, Şəmkir və Lənkəranda müvafiq olaraq 50.616, 47.031, 42.000, 34.148 və 31.179 şagird təhsil alır. 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273323

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR