Bakıda mağaza yandı

Bakıda mağaza yandı
14:59 28 Aprel 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda mağaza yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərin Xəzər rayonunda vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən mağazanın yanar konstruksiyaları, içərisinə yığılmış məişət tullantıları yanıb və yüksək temperaturdan yaxınlıqda dayanmış “FİAT” markalı minik avtomobilinin sol tərəfi qismən qarsalanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273351

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR