Bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici
işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard
Nalbandya arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə görüş
keçirilib. Türkiyə Silahlı Qüvvələri ilə YPG arasında
Türkiyə-Suriya sərhədi boyunca döyüşlər gedir. Moskva və Ankara
S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması haqqında
razılıq əldə edib. ABŞ-ın Koreya yarımadasına göndərdiyi “USS Carl
Vinson” və digər döyüş gəmiləri bölgəyə çatıb. Ukraynalı qubernator
Rusiyaya qarşı ərazi iddiası ilə çıxış edib.
Bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan
xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard
Nalbandya arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə görüş
keçirilib. Görüşdə 2016-cı ilin mayında keçirilən
Vyana, iyununda keçirilən Sankt-Peterburq görüşlərində nail olunmuş
razılıqların icrasına ehtiyac olduğu vurğulanıb.
Azərbaycan və Ermənistan XİN rəhbərləri münaqişənin həllinə
kömək etdiyi üçün Rusiya xarici işlər nazirinə minnətdarlıq edib.
Nazirlər bütün məsələlərin müzakirəsi üçün əlaqələrin davam
etdirilməsi ilə bağlı razılığa gəliblər.
Görüşdə münaqişənin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Üçtərəfli danışıqlarda Minsk qrupunun həmsədrləri – Rusiya, ABŞ və
Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin
şəxsi nümayəndəsi də iştirak edib.
Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin
sədri, politoloq Natiq Miri Publika.az-a açıqlamasında Moskva
görüşün şərh edib.
Moskva görüşünün qapalı keçirilməsinin SİRRİ: Lavrov nazirlərə nə təqdim edib?
Ermənistan cəbhə xəttində vəziyyəti yenidən
gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam
etdirir.Azərbaycan Müdafiə Nazirliyinin mətbuat
xidmətindən verilən məlumata görə, aprelin 27-də axşam saatlarında
Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin
Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən
buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə
olan ərazidə boş sahəyə düşüb.
Əraziyə baxış keçirilərək 9M33M2 tipli raketin başlıq hissəsi və
digər qalıqları tapılaraq götürülüb.
İlkin araşdırma Ermənistan silahlı qüvvələrinin silahlanmasında
olan raketlərin köhnə və istismara yararsız olduğunu göstərib.
Bir neçə gün öncə İrəvana səfər edən Fransanın
“Böyük Şərq” mason lojasının başçısı Kristof Abas Ermənistanda
mason lojasını təsis edib. Abas yeni təsis olunmuş
mason lojasının üzvlərini açıqlamayıb. O, Ermənistanda bu lojanın
təsisini “qardaşlıq, bərabərlik və azadlıq” prinsipinə xidmət
adlandırıb.
Lakin Ermənistan mediası indiki halda mason lojasının
yaradılmasına şübhəli yanaşır. Bəzi media orqanları masonların
Ermənistana hakimiyyət çevrilişi üçün gəldikləri iddiasını irəli
sürüblər.
“Lragir” saytı da belə ehtimalların olduğunu yazıb. Sayt qeyd
edib ki, Ermənistanda mason lojasının yaranması “sui-qəsd”
ideyasını önə çəkir.
Ermənistanın qorxduğu plan İŞƏ DÜŞDÜ: Masonlar İrəvanda GİZLİ HƏRƏKƏTƏ KEÇDİ
Türkiyə Silahlı Qüvvələri ilə YPG (PKK terror
təşkilatının Suriya qolu olan PYD-nin hərbi qanadı - red.) arasında
Türkiyə-Suriya sərhədi boyunca döyüşlər gedir. Ölkənin
Şanlıurfa vilayətinin Suruç və Akçakale mahalları arasındakı
əraziyə Suriyanın PYD nəzarətindəki bölgədən minaatanlardan atəş
açılıb.
Bundan başqa, YPG-nin nəzarətində olan Suriyanın Afrin
bölgəsindən Türkiyənin Hatay vilayətinin Hassa mahalında yerləşən
Gökhan sərhəd-keçid məntəqəsi də minaatanlardan atəşə tutulub.
Dünən gecə başlayan döyüşlər hazirda fasilələrlə davam edir. Son
qarşıdurmalardan sonra sərhəd xəttinə əlavə güclər göndərilib.
Şiddətli döyüşlər gedir - BÖYÜK HÜCUMUN ANONSU
“Dünyamız çətin bir dövrdən keçir. Ya dəyişiklik
küləyini idarə edəcəyik, ya da bunun qasırğaya çevrilərək bizi yox
etməsinin izləyəcəyik. Qarşımızdakı bu mənfi tablonu çevirmək bizim
əlimizdədir”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan Atlantika Şurası İstanbul sammitində çıxışında deyib.
Suriyadan edilən PYD hücumlarına toxunan Ərdoğan bu ölkədə
terror dəhlizinin yaradılmasına əsla icazə verməyəcəklərini
vurğulayb. O, ABŞ-ın YPG-yə (PYD-nin silahlı qanadı –red.)
dəstəyinin ittifaq ruhunu zədələdiyini söyləyib.
Türkiyədə Fəthullahçı Terror Təşkilatına (FETÖ)
qarşı son əməliyyyatın gedişatında ələ keçirilən SD kart təşkilatın
bu günə qədər ortaya çıxmamış üzvlərini və planlarını deşifrə
edib. Son əməliyyat FETÖ-nün dövlətin yüksək vəzifəli
şəxslərinə qarşı sui-qəsd planlaşdırdığı ortaya çıxıb.
Son əməliyyatla işdən uzaqlaşdırılan polislər arasında Prezident
Sarayının, o cümlədən prezident və onun ailəsinin təhlükəsizliyini
qoruyan Mühafizə Xidməti, parlament və Baş nazirlik binasının
təhlükəsizliyinin təmin edən mühafizə xidmətlərində çalışanlar da
var. Əməliyyat həmçinin Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu
öldürən FETÖ-cü polis məmuru Mövlud Mərd Altıntaş kimi bu günə
qədər təşkilatla əlaqələri ifşa edilməyən polislərin də hərəkətə
keçməsinin qarşısını alıb.
Əməliyyat zamanı ələ keçirilən və adı gizli saxlanılan FETÖ
imamından götürülən 64 GB-lıq SD kartının parolla mühafizə
olunmaması diqqət çəkib. Kartda vəzifədən uzaqlaşdırılan 9103
polisin adları və bağlı olduqları imamlara dair ətraflı məlumatlar
var idi.
Moskva və Ankara S-400 zenit-raket komplekslərinin
Türkiyəyə çatdırılması haqqında razılıq əldə edib. Bu
haqda Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu
“Habertürk” qəzetinə müsahibəsində bildirib.
“Biz S-400 zenit-raket sisteminin alınması haqqında Rusiya ilə
prinsipial olaraq razılaşdıq. Birgə istehsal və qiymət üzrə
danışıqlar aparılır”, - o deyib.
Nazirin sözlərinə görə, Türkiyə raket hücumundan müdafiə
sistemini NATO-dan almaq istəsə də, hərbi alyans buna müsbət
yanaşmayıb.
NATO üçün şok xəbəri Çavuşoğlu verdi - Rusiya və Türkiyə RAZILAŞDI
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyaya verdiyi
THAAD hava hücumundan müdafiə sistemlərinə qarşılıq olaraq 1
milyard dollar tələb edib. “Mən Cənubi Koreyaya
xəbərdarlıq etmişəm ki, onlar ödəniş etsələr, daha yaxşı olar. Bu
sistemlər 1 milyard dollar dəyərindədir”, – prezident “Röyters”
agentliyinə müsahibəsində bildirib.
Seulun cavabı isə gecikməyib. Cənubi Koreya Müdafiə Nazirliyi
Amerikanın THAAD hava hücumundan müdafiə sisteminin istifadə
xərclərini Vaşinqtonun ödəməli olduğunu bildirib.
ABŞ-ın Koreya yarımadasına göndərdiyi “USS Carl
Vinson” və digər döyüş gəmiləri bölgəyə çatıb. Döyüş
gəmiləri bölgədə Cənubi Koreya və Yaponiya ilə keçirilən hərbi
təlimlərə qatılacaq.
Amerikalı admiral Harris Cənubi Koreyada qurulmağa başlanılan
THAAD raketdən müdafiə sisteminin bir neçə günə hazır olacağını və
Şimali Koreyadan gələ biləcək istənilən hücumun qarşısını alacağını
bildirib.
ABŞ-ın dövlət katibi Reks Tillerson isə söyləyib ki,
Şimali Koreyanın ABŞ ərazisinə zərbə imkanı vaxt məsələsidir.
”Seul və Tokioya Şimali Koreyanın nüvə hücumu
təhlükəsi realdır. ABŞ-a zərbəni vurmaq imkanı isə yalnız vaxt
məsələsidir”, - Tillerson Şimali Koreya problemi üzrə BMT
Təhlükəsizlik Şurasının iclasında bildirib.
O, Şimali Koreyanı maliyyə baxımdan təcridini gücləndirməyə və
Pxenyana qarşı yeni məhdudiyyətləri daxil etməyə çağırıb. Dövlət
katibinin sözlərinə görə, Pxenyana qarşı sanksiyaların cari rejimi
çərçivəsində onun davranışını dəyişdirəcəyinə ümid yoxdur.
Qeyd edək ki, Şimali Koreya Cənubi Koreya ilə sərhədə çoxsaylı
hərbi texnika yerləşdirilib. Bölgədə hərbi gərginlik davam
edir.
“Aprel ortasında Rusiyaya səfərimdə Moskva və
Vaşinqton arasındakı heç bir məsələ həll edilmədi”.
Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson NPR radiostansiyasına
müsahibəsində deyib.
“Biz o görüşdə heç nəyi həll etmədik. Rusiya müəyyən etməlidir
ki, qlobal dünya nizamının pozitiv hissəsi olmaq istəyirmi?” – ABŞ
xarici siyasət idarəsinin başçısı bildirib.
Xatırladaq ki, Tillerson 11-12 aprel tarixlərində Moskvada
səfərdə olub. O, rus həmkarı Sergey Lavrov və prezident Vladimir
Putinlə görüşüb.
ABŞ prezidenti Donald Tramp Tillersonun Moskva səfərindən
razılığını ifadə etmişdi. Prezident qiymətləndirməsinə görə, dövlət
katibi “nəhəng iş” görüb. Kremldən isə bildiriblər ki, Vladimir
Putin Tillersona Rusiya və ABŞ arasında münasibətlərin
pisləşməsinin səbəblərini izah edib. Rusiya prezidentinin mətbuat
katibi Dmitri Peskov isə danışıqları konstruktiv adlandırdı, amma
qeyd etdi ki, ölkələr arasındakı münasibətlərdə irəliləyiş haqqında
danışmaq hələ tezdir.
Donetsk vilayəti hərbi-vətəndaş administrasiyasının
başçısı Pavel Jebrivskiy Rusiyaya qarşı ərazi iddiası ilə çıxış
edib. O, bu barədə vilayət dövlət administrasiyasının
kollegiya iclasında bildirib.
“Mən, əlbəttə, Rostov vilayətinin Ukraynaya qayıdışını çox
dəstəkləyirəm”, - Pavel Jebrivskiy bildirib.
Qeyd edək ki, Jebrivskinin Rusiya ərazisinə iddiaları ilk dəfə
səslənmir. O, 2016-cı ildə “qədim Ukrayna" torpaqları adlandırdığı
Kursk, Bryansk, Voronej, Rostov və Krasnodaru Ukraynaya qaytarmağa
çağırıb.
Təsadüfi deyil ki, Rusiya prezidentinin keçmiş məsləhətçisi,
ABŞ-ın Katona İnstitutunun elmi işçisi Andrey İllarionov Rusiyanın
parçalanacağı halda Voronej, Rostov və Krasnodar vilayətlərinin
Ukraynaya keçəcəyini proqnozlaşdırır.
Ukraynadan Moskvaya ərazi İDDİASI: 8 ölkə arasında bölünəcək Rusiyanın...
Rusiya siyasətçisi və yazıçısı Eduard Limonov isə
ölkə telekanallardan birinin efirində deyib ki, Ukraynanın
ərazisini qonşu dövlətlər arasında bölməklə doqquz vilayətə qədər
azaltmaq lazımdır.
“Mən Ukraynanı bölməyi təklif edirəm. Gəlin, polyaklar,
rumınlar, macarlar, slovaklar və Rusiya Ukrayna ərazisinə iddiamızı
irəli sürək. Beləliklə, Ukraynanın ərazisi doqquz vilayətə qədər
azalacaq. Biz özümüzə dörd vilayəti götürəcəyik. Polyaklar Lvovu
alacaqlar”, - o bildirib.
Limonov əmindir ki, Rusiya Xarici İşlər Nazirliyi bir həftə səy
göstərsə, bu ssenari baş tuta bilər.
Beş dövlət arasında bölünəcək, Moskva 4 vilayəti götürəcək... - Rusiyadan ŞOK PLAN
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/196864.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)