Azərbaycanlı şairə oğlu ilə Qubada istirahətdə

Tanınmış şairə Nazilə Səfərli oğlu Turanla birlikdə Qubanın məşhur hotellərindən birində dincəlir. İki günlük istirahət elan edən ana-bala hal-hazırda birlikdə xoş vaxt keçirirlər.

Metbuat.az xəbər verir ki, Nazilə Səfərlinin oğlu bu il 11-ci sinfi bitirir. 30 aprel tarixində Turan imtahan verəcək. Bir neçə ildir universitetə qəbul üçün hazırlaşan oğluna hədiyyə olaraq şairə onu iki günlük istirahətə Qubaya aparıb. Bir çox psixoloqların da məsləhət bildiyi kimi, imtahana 2 gün qalmış bütün kitablardan uzaq durmaq prinsipinə əməl edən Turanın iddiası çox yüksəkdir.

Qeyd edək ki, şairə Nazilə Səfərli 2 oğul anasıdır. Turan onun kiçik övladıdır.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR