Ucarda intihar: özünü elektrovozun altına atdı

Ucarda intihar: özünü elektrovozun altına atdı
18:09 29 Aprel 2017
92 Digər
Ölkə mətbuatı
A- A+

Ucar rayonun ruhi xəstə intihara cəhd edib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhər ərazisindən keçən dəmiryolu xəttinin üstündə baş verib.

Ucar şəhər sakini, 20 yanvar küçəsi ev 30-da yaşayan 1968-ci il təvəllüdlü Adil Ələkbər oğlu Pinqafari intihar etmək məqsədi ilə özünü elektrovozun altına atıb. Xəsarət alan A. Ələkbərov təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onun sol ayağı amputasiya olunub. Yaxınlarının dediyinə görə, A. Ələkbərovun ruhi xəstədir və o, bir neçə dəfə intihara cəhd edib. Faktla bağlı  araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273434

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR