Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər
nazirləri aprelin 28-də Moskvada görüşüblər. Koreya yarımadası
ətrafında vəziyyət gərgin olaraq qalır. Fransada prezident
seçkilərinin birinci turu keçirilib. ABŞ prezidenti Donald Tramp
aprelin 24-də sələfinin etdiyini təkrarladı.Moskva və Ankara S-400
zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması haqqında razılıq
əldə edib.Türkiyə Silahlı Qüvvələri aprelin 25-də İraqın şimalında
yerləşən Sincar bölgəsində PKK terror təşkilatına qarşı ilk dəfə
hava əməliyyatı təşkil etməklə böyük hücumun anonsunu
verdi.
Dağlıq Qarabağ münaqişəsi
Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər
nazirləri aprelin 28-də Moskvada görüşüblər. Görüşdə
2016-cı ilin mayında keçirilən Vyana və iyunda keçirilən
Sankt-Peterburq görüşlərində nail olunmuş razılıqların icrasına
ehtiyac olduğu vurğulanıb. Azərbaycan və Ermənistan XİN rəhbərləri
münaqişənin həllinə kömək etdiyi üçün Rusiya xarici işlər nazirinə
minnətdarlıq edib.
Nazirlər bütün məsələlərin müzakirəsi üçün əlaqələrin davam
etdirilməsi ilə bağlı razılığa gəliblər.
Üçtərəfli danışıqlarda Minsk qrupunun həmsədrləri – Rusiya, ABŞ
və Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin
şəxsi nümayəndəsi də iştirak edib.
Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” adlı
qəzetində Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi haqqında geniş
məqalə dərc olunub.Plexanov adına RİU-nun
politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr
Nikolayeviç Perenciyevin müəllifi olduğu məqalədə bildirilir ki,
Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır.
Rus elm xadimi: “Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır”
“Dağlıq Qarabağ münaqişəsi tədricən güzəştlər yolu
ilə həll oluna bilər. Məsələn, Ermənistan
nəqliyyat-kommunikasiya qarşılığında rayonları qaytara
bilər”. Bu barədə “Karnegi” fondunun Cənubi Qafqaz və
Mərkəzi Asiya üzrə eksperti Tomas de Vall deyib.
“Ermənilər anlamalıdır ki...” - Qarabağ münaqişəsinin həlli üçün YENİ TƏKLİFLƏR
“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli
yoxdur”.Bunu Fransa prezidenti Fransua Olland
qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən tədbirdə çıxışı
zamanı deyib.
Ermənilər Gürcüstanda separatizmi qızışdırmaq
istiqamətində aktiv fəaliyyətə başlayıb. “Kavkazplus”
saytı ermənilərin Azərbaycanda etnik qruplar arasında separatizm
toxumu səpdiyi kimi, eyni addımları Gürcüstanda da atdığını
yazıb.
Tiflisə qarşı Azərbaycan ssenarisi işə salındı: “Kvazidövlət” PLANI və ERMƏNİ OYUNU
“Meds Yeghern”
Ermənilər ABŞ prezidenti Donald Trampın qondarma
“erməni soyqırımı” haqda danışacağına və “soyqırımı” ifadəsini
işlədəcəyinə ümid edirdi. Lakin Tramp Ağ Evə gələndən
sonra Türkiyə ilə münasibətləri pozacaq heç bir ifadə
işlətməyib.Bəzi konqresmenlər isə Trampa “soyqırım” kəlməsini
deməsi üçün müraciət etmişdilər.
Amma Trump Osmanlı dövlətində 1915-ci ildə baş verən hadisələrlə
bağlı çıxışında "soyqırım” ifadəsini işlətmədi.O, sələfi Barak
Obama kimi böyük fəlakət mənasını verən “Meds Yeghern” ifadəsini
işlədib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün
İstanbulda erməni patrixliyində keçirilən dini ayinə mesaj
göndərib. Ərdoğan məktubunda 1915-ci il hadisələrinə
toxunub.
“Türkiyə ermənilərinin patrixi hörmətli Aram Ateşyan, çox
dəyərli erməni vətəndaşlarım sizləri sevgi və hörmətlə
salamlayıram. I Dünya müharibəsinin çətin şərtlərində həyatını
itirən Osmanlı ermənilərini bu il də hörmətlə anır, nəvələrinə baş
sağlığı diləyirəm”, - deyə məktubda bildirilib.
Fransada prezident seçkiləri
Fransada aprelin 23-də keçirilən prezident
seçkilərinin birinci turunda “İrəli!” hərəkatının namizədi Emmanuel
Makron və “Milli Cəbhə” partiyasının ultrasağçı lideri Marin Le Pen
ilk iki yeri tutaraq seçkilərin ikinci turunda iştirak etmək hüququ
qazandılar. Vaxtilə favorit hesab edilən Fransua
Fiyon da daxil olmaqla, məğlub namizədlərin bir çoxu tərəfdarlarını
növbəti turda Makrona səs verməyə çağırdılar.
Çılpaq bədənlərdə Tramp və Putin... - Fransa qadına qarşı BİRLƏŞDİ
Fransada prezident seçkilərinin ilk turunda 24,01
faiz səs alaraq ilk yeri tutan Emmanuel Makron isə Türkiyə əleyhinə
bəyanatla çıxış edib. Makron prezident seçiləcəyi
halda 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyacağını
söyləyib. Prezidentliyə namizəd eyni zamanda qalib gələcəyi halda
Türkiyənin Avropa İttifaqına üzvlük müzakirələrində irəliləyiş
olmayacağını da vurğulayıb.
Rusiya ABŞ-da üzləşdiyi və içindən hələ də çıxa
bilmədiyi problemlə bu dəfə Fransada qarşılaşıb.
Söhbət seçki prosesinə müdaxilə məqsədilə həyata keçirilən
kiberhücumlardan gedir.
Yaponiyanın “Trend Mikro” şirkətinin yaydığı informasiyaya görə,
rus hakerləri “İrəli!” hərəkatından prezidentliyə namizədi, keçmiş
iqtisadiyyat naziri Emmanuel Makronun tərəfdarlarının serverlərini
açmağa cəhd göstərib.
Rusiya üçün ikinci “bataqlıq” və ya Klintontan çıxarılan DƏRS - FOTOLAR
Türkiyə
Türkiyə hakimiyyəti Rusiya vətəndaşları üçün vizasız
rejimin müddətinin 90 günə qədər uzadıb. Daha əvvəl
Türkiyəyə səyahət edən Rusiya vətəndaşları üçün vizasız rejimin
müddəti 60 gün idi.
Bu, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğanın mayın 3-də Soçidə keçirəcəyi görüşü öncəsi
Ankaradan Moskvaya verilən müsbət mesaj hesab oluna bilər.
Moskva və Ankara S-400 zenit-raket komplekslərinin
Türkiyəyə çatdırılması haqqında razılıq əldə edib. Bu
haqda Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu
“Habertürk” qəzetinə müsahibəsində bildirib.
NATO üçün şok xəbəri Çavuşoğlu verdi - Rusiya və Türkiyə RAZILAŞDI
Türkiyə Silahlı Qüvvələri aprelin 25-də İraqın
şimalında yerləşən Sincar bölgəsində PKK terror təşkilatına qarşı
ilk dəfə hava əməliyyatı təşkil edib. Sincar bölgəsi
PKK-nın “İkinci Qəndili” adlandırılır. PKK-nın əsas qərargahı hesab
olunan Qəndil dağlarının ağır bombardmanlarından sonra terror
təşkilatının lider heyəti və döyüşçülərin əsas hissəsi Sincarda
cəmlənib.
Türkiyənin İraq və Suriyaya təşkil etdiyi
əməliyyatlar onu göstərdi ki, bu ölkə heç vaxt müttəfiqimiz
olmayacaq. Bu sözləri ABŞ Xarici Əlaqələr Şurasının
rəhbəri Riçard Haas Tvitter hesabında yazıb.
Ekspert bildirib ki, Vaşinqton strateji olaraq beynəlxalq
siyasətini yenidən dəyərləndiməlidir: “Əgər Türkiyə bu
əməliyyatlara davam edərsə, Ərdoğanın ABŞ səfəri ləğv edilməlidir”,
- Haas bildirib.
Ankaraya daha bir etiraz Moskvadan
gəlib. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında
deyilib ki, Türkiyənin İraq və Suriyada kürdlərə qarşı
əməliyyatları qəbuledilməz və beynəxalq hüquqi prinsiplərə zidd
adlandırılıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə
həftəlik mətbuat konfransında Moskvanın Türkiyənin kürd qüvvələri
vurmasından narahat olduğunu deyib.
Lakin rəsmi Ankara əməliyyatların davam etdiriləcəyini bəyan
edib.
Türkiyәnin döyüş tәyyarәlәri aprelin 25-də Suriyanın
Karaçok vә İraqın Sincar bölgәsindәki PKK mövqelərini bombalamaqla
ABŞ-ın böyük oyununu pozub. Ankara əməliyyatla ABŞ-ın
Sincar ve Karaçok bölgələrini birləşdirərək İraq-Suriya arasındaki
sərhədi aradan götürmək planına əngəl olub.
“Mehmetcik”in son bombardmanlarının pərdəarxası: ABŞ-ın BÖYÜK PLANINA ZƏRBƏ - VİDEO
Avropa Şurası Parlament Assambleyasının (AŞPA)
Strasburqda keçirilən yaz sessiyasının aprelin 25-də keçirilən
plenar iclasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti"
adlı hesabat layihəsi qəbul edilib. Sənəd Türkiyənin
postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair
müddəa olduğu kimi saxlanılıb.
Türkiyə Xarici İşlər Nazirliyi AŞPA-nın Türkiyə ilə
bağlı skandal qərarına sərt reaksiya verib.
Nazirlikdən verilən yazılı açıqlamada qərarın terror təşkilatlarına
xidmət etdiyi bildirilib.
Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu
AŞPA-nın Türkiyə ilə bağlı skandal qərarı tanımadıqlarını bildirib.
“Əlaqələrimizi yenidən gözdən keçirəcəyik. Bizi buna məcbur
etdilər. Türkiyəyə cəza vermək istəyirlərsə, bunun əks effekti
olar”, - Çavuşoğlu deyib.
Aprelin 26-da Türkiyənin 81 vilayətində Fətullahçı
Terror Təşkilatına (FETÖ) əməliyyat keçirilib. Bütün
vilayətlərdə eyni vaxtda başlayan əməliyyata 8 min 500 polis
qatılıb. Təhlükəsizlik Təşkilatının strukturlarında çalışan 4900
FETÖ üzvünün saxlanılması barədə qərar çıxarılıb. Əməliyyatın
gedişatında 1100-dən çox FETÖ üzvü saxlanılıb.
Türkiyədə Fəthullahçı Terror Təşkilatına (FETÖ)
qarşı son əməliyyyatın gedişatında ələ keçirilən SD kart təşkilatın
bu günə qədər ortaya çıxmamış üzvlərini və planlarını deşifrə
edib. Son əməliyyat FETÖ-nün dövlətin yüksək vəzifəli
şəxslərinə qarşı sui-qəsd planlaşdırdığı ortaya çıxıb.
Türkiyədə yüksək vəzifəlilər hamısı eyni vaxtda öldürülməli idi - “Sui-qəsd” QRUPU
Koreya böhranı
Aprelin 25-də keçirilməsi gözlənilən yeni nüvə və ya
ballistik raket sınağı reallaşmasa da, Koreya Xalq Demokratik
Respublikası (KXDR) ordu tarixinin ən böyük təlimini
keçirib. Təlimlərdə təxminən 300 artilleriya topu,
sualtı gəmi və aviasiya iştirak edib. Təlimin əsas məqsədlərindən
biri dəniz hədəflərinin məhv edilməsinə hazırlıq olub. Təlimləri
dövlət başçısı Kim Çen In şəxsən müşahidə edib.
“Aegis” erkən xəbərdarlıq sistemləri ilə təchiz
edilmiş ABŞ-ın və Yaponiyanın hərbi gəmiləri aprelin 25-də Şimali
Koreyanın ballistik raketlərinin zərərsizləşdirilməsi üzrə təlimlər
keçirib. Birgə təlimlər Yapon dənizində
keçirilib.
“Müharibəyə hazırıq!” - ABŞ-dan SİQNAL
ABŞ-ın Koreya yarımadasına göndərdiyi “USS Carl
Vinson” və digər döyüş gəmiləri aprelin 28-də bölgəyə
çatıb. Döyüş gəmiləri bölgədə Cənubi Koreya və
Yaponiya ilə keçirilən hərbi təlimlərə qatılacaq.
Amerikalı admiral Harris Cənubi Koreyada qurulmağa başlanılan
THAAD raketdən müdafiə sisteminin bir neçə günə hazır olacağını və
Şimali Koreyadan gələ biləcək istənilən hücumun qarşısını alacağını
bildirib.
ABŞ-ın dövlət katibi Reks Tillerson isə söyləyib ki,
Şimali Koreyanın ABŞ ərazisinə zərbə imkanı vaxt
məsələsidir. ”Seul və Tokioya Şimali Koreyanın nüvə
hücumu təhlükəsi realdır. ABŞ-a zərbəni vurmaq imkanı isə yalnız
vaxt məsələsidir”, - Tillerson Şimali Koreya problemi üzrə BMT
Təhlükəsizlik Şurasının iclasında bildirib.
O, Şimali Koreyanı maliyyə baxımdan təcridini gücləndirməyə və
Pxenyana qarşı yeni məhdudiyyətləri daxil etməyə çağırıb. Dövlət
katibinin sözlərinə görə, Pxenyana qarşı sanksiyaların cari rejimi
çərçivəsində onun davranışını dəyişdirəcəyinə ümid yoxdur.
Qeyd edək ki, Şimali Koreya Cənubi Koreya ilə sərhədə çoxsaylı
hərbi texnika yerləşdirilib. Bölgədə hərbi gərginlik davam
edir.Qeyd edək ki, Şimali Koreya Cənubi Koreya ilə sərhədə çoxsaylı
hərbi texnika yerləşdirilib. Bölgədə hərbi gərginlik davam
edir.
Şimali Koreya probleminin hərb yolla həlli regionda
fəlakətə səbəb olacaq. Bunu jurnalistlərə
açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. O,
ABŞ-ın Cənubi Koreyada THAAD komplekslərini yerləşdirməsinin
regionda qeyri-stabilliyə səbəb yaradan əsas amillərdən biri
olduğunu bildirib.
“Əgər Koreya Xalq Demokratik Respublikası Yaponiyaya
tərəf nüvə raketi buraxarsa, çoxu üçün xilas olmaq praktik olaraq
mümkün olmayacaq”. Bunu Rusiya KİV-nə müsahibəsində
hərbi ekspert, Rusiya Raket-artilleriya Elmləri Akademiyasının
müxbir üzvi Konstantin Siskov deyib.
Sivkovun sözlərinə görə, nüvə zərbəsinə hazırlaşmağa və
sığınacaq tapmağa ölkənin bütün sakinləri üçün 10 dəqiqə açıq-aydın
kifayət etməyəcək.
On dəqiqə ərzində ölkə məhv olacaq – Rusiyadan DƏHŞƏTLİ PROQNOZ
Suriya
Rusiya Suriyaya quru qoşunlarını göndərə
bilər. Bu barədə informasiyanı “Əl Qüds Əl Arabi”
qəzeti yayıb. Qəzet bunun üçün Suriya Prezidenti Bəşər Əsədin
rusiyalı həmkarı Vladimir Putindən bu orduları xahiş etməli
olduğunu bildirib.
Qeyd edək ki, Rusiyanın hələlik Suriyada hərbi-dəniz,
hərbi-kosmik və hava hücumundan müdafiə qüvvələri var.
Daha əvvəl isə Suriya lideri ölkəsində anti-terror
əməliyyatlarında Rusiyanın quru qoşunlarının iştirakını istisna
etməyib. O əlavə edib ki, hazırda buna ehtiyac yoxdur.
Moskva Suriya probleminin siyasi yolla həll edilməsi
variantlarından imtinaya qarşı müqavimət göstərəcək.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey
Lavrov söyləyib.
O, Rusiyanın Suriyada hakimiyyət dəyişikliyi cəhdlərinə imkan
verməyəcəyini bildirib.
Aprelin 27-si İsrail hava qüvvələri Dəməşqin
beynəlxalq aeroportu ərazisində yerləşən hərbi bazaları
partladıb. “Röyters” agentliyinin məlumatına görə,
Livanın “Hizbullah” qruplaşmasının anbarı bombardmanların hədəfi
olub. Zərbə nəticəsində İranın “Hizbullah”a göndərdiyi silahların
tam məhv edildiyi bildirilir.
İsrail Müdafiə naziri Aviqdor Liberman isə Rusiyanın müdafiə
naziri Sergey Şoyqu ilə görüşü zamanı bildirib ki, İsrail İran və
“Hizbullah”a öz ordularını Colan yüksəkliklərində cəmləşdirməyə
imkan verməyəcək.
Donbas böhranı
Beynəlxalq təhlükəsizlik üzrə VI Moskva konfransında
çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki,
Kiyevdə “müharibə partiyası” qalib gəlir. “Təəssüf
ki, Kiyevdə müharibə partiyası qalib gəlir. Təmas xəttində silahlı
təxribatlar davam edir. Donbasa qarşı blokada rejimi tətbiq edilib.
Bu, yalnız regiona deyil, bütövlükdə Ukraynaya zərər vuracaq”, -
Rusiya xarici siyasət idarəsinin başçısı söyləyib.
“Donetsk Xalq Respublikası” (“DNR") terrorçuları
tərəfindən işğal edilmiş Debaltsevo şəhərində son həftə boyunca
Donetsk istiqamətində hərbi texnikanın yerdəyişməsi müşahidə
olunur. Bu haqda hərbi ekspert, “İnformasiya
müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook”
səhifəsində yazıb. Ekspertin məlumatına görə, hərbi texnika şəhər
vasitəsilə həm gündüz, həm də gecə böyük kolonlar şəklində hərəkət
edir.
“Rusiya cəbhə boyu Ukraynaya genişmiqyaslı hücum
etməyəcək. Amma Kiyevi hərbi vəziyyətin tətbiqinə
təhrik edə bilər. Bu isə Rusiyaya müharibə elanı anlamına gələcək”.
Bunu Ukrayna müdafiə nazirinin sabiq müavini Yevgeni Marçuk müdafiə
və təhlükəsizlik üzrə II Ukrayna forumunda deyib.
Marçukun sözlərinə görə, Rusiya Ukrayna ilə sərhəddə ciddi hərbi
strukturları cəmləyib.
Rusiyaya müharibə ELANI... - Moskvanın MÜHARİBƏ SSENARİLƏR
Donetsk vilayəti hərbi-vətəndaş administrasiyasının
başçısı Pavel Jebrivskiy Rusiyaya qarşı ərazi iddiası ilə çıxış
edib. O, bu barədə vilayət dövlət administrasiyasının
kollegiya iclasında bildirib.
Ukraynadan Moskvaya ərazi İDDİASI: 8 ölkə arasında bölünəcək Rusiyanın...
Rusiya-ABŞ münasibətləri
Rusiya və ABŞ arasında soyuq müharibədən sonra
hazırda nüvə qarşıdurması təhlükəsi yaranıb. Bu
sözləri Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə sədri
Aleksey Puşkov Tvitter səhifəsində paylaşıb. Puşkov qeyd edib ki,
bu təhlükəni ABŞ hakimiyyəti öz siyasəti ilə geri qaytarıb.
“Soyuq müharibənin əsas nəticəsinin nüvə savaşını aradan
qaldırmaq olduğunu deyirdilər. Ancaq hər şey geri qayıtdı: ABŞ öz
siyasəti ilə bu təhlükəni qaytardı”, - Puşkov yazıb.
Qeyd edək ki, Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin
sədr müavini general-leytenant Viktor Poznixir ABŞ-ın raket
əleyhinə müdafiə sisteminin Rusiyaya qarşı gizli bir nüvə hücumu
keçirməyə imkan yaratdığı haqda ötən gün danışıb. O həmçinin
bildirib ki, ABŞ hava hücumundan müdafiə sistemləri Rusiyanın
kosmik fəaliyyəti üçün təhdiddir.
“Aprel ortasında Rusiyaya səfərimdə Moskva və
Vaşinqton arasındakı heç bir məsələ həll edilmədi”.
Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson NPR radiostansiyasına
müsahibəsində deyib.
“Biz o görüşdə heç nəyi həll etmədik. Rusiya müəyyən etməlidir
ki, qlobal dünya nizamının pozitiv hissəsi olmaq istəyirmi?” – ABŞ
xarici siyasət idarəsinin başçısı bildirib.
Xatırladaq ki, Tillerson 11-12 aprel tarixlərində Moskvada
səfərdə olub. O, rus həmkarı Sergey Lavrov və prezident Vladimir
Putinlə görüşüb.
Beynəlxalq təhlükəsizlik üzrə VI Moskva konfransında
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Yaxın
Şərq regionunun Qərbin geosiyasi oyununun girovuna çevrildiyini
deyib.
“Qərbin Əfqanıstan, İraq, Liviya və İranla bağlı mühakiməsiz
cəhdləri xaos və zorakılıq dalğasından başqa heç nə gətirmədi”, - o
deyib.
Qərbə SƏRT XƏBƏRDARLIQ: “Rusiyaya qarşı bu taktika...”
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196974.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)