Tələbələr arasında ölkə çempionatının qalibləri müəyyənləşdi

Tələbələr arasında ölkə çempionatının qalibləri müəyyənləşdi
20:44 29 Aprel 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 29-da ali və orta ixtisas təhsili müəssisələrinin  tələbələri arasında Futbol üzrə VII Respublika çempionatı başa çatıb.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, final oyununda Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları qarşılaşıb.

 

Gərgin mübarizə şəraitində keçən oyun 2:1 hesabı ilə BDU-nin komandasının xeyrinə başa çatıb. ADBTİA-nın komandası ikinci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası isə üçüncü yeri qazanıb.

 

Daha sonra komandalar  kubok, medal  və qiymətli hədiyyələrlə təltif olunublar. Həmçinin, çempionatda fərqlənən iştirakçılar 5 nominasiya üzrə qiymətləndirilib.

 

Çempionat  Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illər üzrə fəaliyyət planına əsasən,  ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilib.

 

FİFA-nın mövcud qaydaları əsasında keçirilən oyunlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273441

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR