Sürücülərin nəzərinə: sabahdan bu qadağa qüvvəyə minir

Sürücülərin nəzərinə: sabahdan bu qadağa qüvvəyə minir
16:39 30 Aprel 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 1-dən etibarən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Bakıda "Oyunlar zolağı”nın çəkildiyi küçələrdə avtomobillərin hərəkəti ilə bağlı tətbiq edilən qadağa qüvvəyə minəcək. Lent.az xəbər verir ki, qadağa mayın 1-dən 25-dək qüvvəyə minəcək və sarı xətlə müəyyənləşdirilmiş zolaqlara yalnız IV İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan nəqliyyat vasitələri və digər operativ nəqliyyat vasitələri buraxılacaq.
"Oyunlar zolağı”nın əhatə etdiyi küçələr bunlardır: Neftçilər prospekti, Dövlət Bayraq Meydanından başlayaraq Bakı İdman Sarayına qədər olan ərazi, Ziya Bünyadov prospekti, Bakı Dairəvi Yolu, Salyan şosesi, Bibiheybət yolu-1, Bibiheybət yolu-2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Əbdülvahab Salamzadə küçəsi və Böyükşor şosesi.
Sürücülər qadağan edilmiş zolağa daxil olduqları üçün 40 manat məbləğində cərimə olunacaqlar.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR