Naringinin insanlara xeyri

Naringi nəinki dadlı, həmçinin də xeyirli meyvədir.

Metbuat.az sitrus meyvəsinin insanlara olan xeyrini təqdim edir.

  1. Naringi vitaminlər mənbəyidir. Payız və qışda naringi qəbul etməyin bir sıra faydaları var. Onun tərkibində A və D (raxit xəstəliyinin qarşısını alır), K (qan damarlarının elastikliyini artırır), C (bədənin müqavimətini artırır) vitaminləri var və bundan əlavə naringi immun sistemini gücləndirir. Naringi həmçinin tiamin, riboflavin, askorbin turşusu və rutinlə zəngindir.
  2. Naringi minerallarla zəngindir, naringinin tərkibində insan orqanizmi üçün faydalı olan bir sıra minerallar var: kalium, maqnezium, dəmir, fosfor, natrium və kalsium.
  3. Naringi kökəltmir. Naringi pəhriz saxlayanlar üçün faydalıdır. 100 qram naringinin tərkibində 53 kilo kalori və 85-87 qram su var.
  4. Naringi həzm sistemi üçün faydalıdır. Naringi iştahanı yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir və həzm sisteminə xeyirlidir. Bundan əlavə, tərkibində olan mikrob əleyhinə effektiv təsir edərək bir sıra patogen göbələkləri məhv edir.
  5. Naringinin digər faydaları. Tərkibindəki maddələrin sayəsində naringi hərarəti aşağı salır və qan laxtalanması üçün effektiv təsir edir. Bundan başqa, naringi əsəb sisteminə də yaxşı təsir göstərir.

Əks-təsirləri: naringi mədənin və bağırsağın selikli qişasına mənfi təsir edə bilər. Naringini daha çox mədə və onikibarmaq bağırsağın xorası, qastrit, bağırsağın iltihabı, hepatit və enterit xəstəliyindən əziyyət çəkən insanların qəbul etməsi məsləhət görülmür. Naringi həmçinin allergiyası olan insanlara əks-təsir edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR