Azərbaycanlı zabit katolik keşişi olacaq

Azərbaycanlı zabit katolik keşişi olacaq
17:49 30 Aprel 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan katolikləri tezliklə Azərbaycan müsəlman ailəsindən tarixdə birinci keşiş əldə edəcəklər. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Sibir katolik qəzeti" xəbər yayıb. Xəbərdə bildirilir ki, Roma Papası Fransısk bazar günü, mayın 7-də Sankt-Peterburqdakı "Məryəm - Həvarilərin Məlikəsi" seminariyasının məzunu Behbud Mustafayevi başqa seminariya tələbələrinin arasında keşiş təyin edəcək. Behbud pontifiklə şəxsən tanışdır, 2016-cı ilin oktyabrında Papa Bakıda apostol səfərində olarkən ona dyakon kimi qulluq göstərib.
Behbud Mustafayev 1982-ci il martın 13-də Azərbaycanda anadan olub və burada böyüyüb. Azərbaycan Milli Aviasiya Akademiyasının məzunudur. Azərbaycan Respublikası Gömrük Komitəsində zabit olaraq çalışıb. 2008-ci ildə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində xaç suyuna çəkilib. 2011-ci ildə Sankt-Peterburqdakı "Məryəm - Həvarilərin Məlikəsi" seminariyasına qəbul olunub. B.Mustafayev Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlıdır.
 
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR