Tələbələr təhsil haqlarını elektron qaydada ödəyəcəklər

Tələbələr təhsil haqlarını elektron qaydada ödəyəcəklər
09:09 1 May 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

 

Ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələrin ödənişlərinin Hökumət Ödəniş Portalı vasitəsi ilə qəbul edilməsi üçün proqram təminatı hazırlanıb.
 
 
Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, hazırda Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu, imtahan nəticələri haqqında məlumatın verilməsi, təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciətin və sənədlərin qəbulu, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyası), təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması, şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların verilməsi elektron xidmətlər vasitəsilə həyata keçirilir.
 
 
Bundan əlavə, "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması" üzrə proqram təminatının təkmilləşdirilməsi tamamlanıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273510

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR