UEFA kubokunun qalibi müəyyənləşdi

UEFA kubokunun qalibi müəyyənləşdi
09:37 1 May 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə UEFA kubokuna yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində keçirilən "Dördlər finalı" Pireney dueli ilə yekunlaşıb.

Həlledici matçda İspaniyanın "İnter" və Portuqaliyanın "Sportinq" klubları üz-üzə gəlib. Final gözlənilmədən darmadağınla nəticələnib. İspaniyalılar rəqib qapısından 7 cavabsız qol keçirib.
 
Azərbaycan millisinin sabiq oyunçusu Kakanın baş məşqçisi olduğu Rusiya "Yuqra"sı yarışı 3-cü pillədə başa vurub. Şimallılar üçüncülük matçında meydan sahibi "Kayrat"ı məğlub edib - 5:5, pen. 3:2.
 
Qeyd edək ki, yarımfinalda "İnter" "Kayrat"ı 3:2, "Sportinq" "Yuqra"nı 2:1 hesabı ilə yenib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR