“ARM” prosessorlu ilk “Windows” kompüter hansı qurğu olacaq?

“ARM” prosessorlu ilk “Windows” kompüter hansı qurğu olacaq?
13:35 1 May 2017
Ölkə mətbuatı
A- A+

Ötən ilin sonunda “Qualcomm” və “Microsoft” şirkətləri 2017-ci ildə “Windows 10” əməliyyat sisteminin tam versiyasına malik “Snapdragon” çipli “ARM” prosessorları əsasında işləyən ilk kompüterlərin satışa çıxarılacağını açıqlayıb. Belə qurğular “Adobe Photoshop”, “Microsoft Office” proqramları və oyunlar daxil olmaqla “х86” əlavələrini problemsiz işə sala biləcək. Bu yaxınlarda, həmçinin “Qualcomm” şirkətinin baş direktoru Stiv Mollenkopf “ARM” prosessorlu ilk kompüterlərin bu ilin dördüncü rübündə buraxılacağını təsdiq edib. Bu dəfə isə həmin qurğuların sırasında yeni “Surface Pro 5” noutbukunun yer alacağı ilə bağlı informasiya yayılıb.   

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, tədarükçülərin məlumatına görə, hazırda “ARM” prosessorları əsasında yeni noutbuk hazırlanır və onun istehsalçısı qismində “Microsoft” və ya “Lenovo” şirkəti çıxış edir. Mənbələrin fikrincə, bu, beşinci nəsil “Surface Pro” və ya “Lenovo” şirkətinin “Yoga” istehsal xəttindən yeni kompüter ola bilər.  

Qeyd edək ki, ötən il “Microsoft” 2015-ci ildə buraxılan “Surface Pro 4” noutbukunu yeniləmək qərarına gəlib. Buna baxmayaraq ABŞ istehsalçısı “ARM” prosessorları ilə iş təcrübəsinə malikdir. Belə ki, 2012-ci ildə “Windows RT” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Nvidia Tegra 4” prosessorlu “Surface 2” noutbukunu təqdim edib. Lakin layihənin uğursuz olması səbəbindən korporasiya bu ideyanın inkişafından imtina edib. Bunun başlıca səbəbi isə “Windows RT” sisteminin “х86” arxitekturalı proqramları dəstəkləməməsi olub. Hazırda “Microsoft” belə proqramların “ARM” çipləri ilə işləməsinə nail olub.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47514-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR