Baş nazirin müavini xarici donorlara qadağaların səbəbini açıqladı

Baş nazirin müavini xarici donorlara qadağaların səbəbini açıqladı
13:39 1 May 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

 
“Hər bir dövlətin təhlükəsizliyini qorumaq üçün addımlar atmaq hüququ var. Torpaqlarımız işğal olunub, 1 milyona qədər insanımız qaçqın və məcburi köçkün şəraitindədir”.
 
 
APA-nın məlumatına görə, bu sözləri baş nazirin müavini Əli Əhmədov beynəlxalq donorların fəaliyyətinin müəyyən qədər məhdudlaşdırılması ilə bağlı sualı cavablandırarkən deyib. O bildirib ki, beynəlxalq donorlar ilk növbədə Azərbaycanda qaçqın və köçkün problemlərinin köklü həllinə, torpaqların işğaldan azad edilməsinə yardımçı olmalıdırlar: “Ona görə də ilk növbədə dövlət maraqlarını düşünməliyik. Hər hansı beynəlxalq donorun üzərinə kölgə salmaq niyyətində deyiləm. Ancaq Azərbaycan torpaqlarının bir hissəsi işğal edilən, müharibə vəziyyətində olan ölkədir. Ona görə də bu, hökuməti müəyyən addımlar atmağa məcbur edir. Buna görə də beynəlxalq donorların fəaliyyəti ilə bağlı sərtləşmələr var. Başqa ölkələr də belə addımlar atır. Bu sahədə tam şəffaflığın olması yaxşı olar. Amma təəssüf ki, hökumətin bu sahədə şəffaflıq tələb etməsini bəzi donorlar əngəl yaradılması kimi qiymətləndirir. Biz istəyirik ki, hər şey tam şəffaf olsun. Ayrılan vəsaitin hansı məqsədlə və hara xərcləndiyini bilək”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273549

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR