Maskalılar Türkiyənin İsveçrədəki səfirliyinə hücum etdi

Maskalılar Türkiyənin İsveçrədəki səfirliyinə hücum etdi
03:04 2 May 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

Yüzlərlə maskalı şəxs Türkiyənin Sürixdəki səfirliyinə hücum edib.

 

Musavat.com-un məlumatına görə, maskalılar əllərindəki boyaları səfirlik binasına doğru atmağa başlayıblar. Hücum əsnasında binada heç kimin olmadığı, lakin binaya maddi zərər dəydiyi barədə məlumat verilib. Maskalılar həmçinin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə şüarlar səsləndiriblər.

 

Boyaların rəngindən üzü bağlı şəxslərin PKK tərəfdarı olduqları ehtimal edilir. Binanın ətrafına gələn polislər burada təhlükəsizlik tədbirlərini artırıblar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273609

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR