Bakı şəhəri, Səbail rayonunda yeraltı avtomobil dayanacağında park olunmuş vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumatına görə, avtomobilin qalan hissəsi və yaxınlıqda dayanmış digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.