Dayı 15 yaşlı bacısı oğlunun ölümünə səbəb oldu - AZƏRBAYCANDA

Dayı 15 yaşlı bacısı oğlunun ölümünə səbəb oldu - AZƏRBAYCANDA
15:34 2 May 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

Dünən Lənkəranın Ürgə kəndində baş vermiş ağır qəza ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, kənd sakini Söhbət Əsgərovun idarə etdiyi "ZİL" markalı yük avtomobili ilə vurduğu 15 yaşlı Ramal Əsgərov onun bacısı oğlu olub. S.Əsgərov maşını arxaya verərkən diqqətsizlik edib və yeniyetməni divara sıxaraq öldürüb. O, hadisədən sora fikirli olduğunu deyib. 

 

*****

 

10:26

 

Lənkəranda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, rayonun Ürgə kəndində "ZİL" markalı, 42 AC 521 dövlət qeydiyyat nişanlı yük maşını 15 yaşlı oğlanı vurub. Ağır xəsarət alan yeniyetmə hadisə yerində keçinib.

 

Faktla bağlı Lənkəran şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR