Avtomobildən mobil telefonlar və 2400 ədəd siqaret aşkar edilib

Avtomobildən mobil telefonlar və 2400 ədəd siqaret aşkar edilib
11:09 3 May 2017
36 Digər
Ölkə mətbuatı
A- A+

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı avtomobilin salonundan gömrük nəzarətindən gizlədilən 2 ədəd "Samsung Galaxy Grand Prime", 2 ədəd "Samsung Galaxy J3", 1 ədəd "Samsung Galaxy On5" markalı mobil telefonlar, arxa oturacağın arxasından isə 2400 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273715

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR