"Çatışmazlıqları aradan qaldırmaq imkanımız olacaq" - Əli Əhmədov

"Çatışmazlıqları aradan qaldırmaq imkanımız olacaq" - Əli Əhmədov
13:04 3 May 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

 
Fevralın 1-dən pilot layihə şəkilində başlanan icbari tibbi sığorta sahəsində ilkin addımlar uğurludur.  
 
 
Lent.az-ın məlumatına görə, bunu  baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
 
 
Ə.Əhmədov bildirib ki,  artıq vətəndaşlar bu layihəyə inamla yanaşırlar: “Apardığımız müşahidələr göstərir ki,  insanlar xəstəxanalarda lazımi  tibbi xidmətlərlə təmin oluna bilirlər. Onlara ixtisaslı həkimlər tərəfindən səriştəli tibbi yardımlar göstərilir. Pilot layihənin icra olunduğu Mingəçevir və Yevlax tibb müəssisələrində bəzi tibbi xidmətlərin göstərilməsi mümkün olmadığı halda, Gəncədə, yaxud Bakıda müəyyənləşdirilmiş səhiyyə müəssisəsində ehtiyacı olan vətəndaşlara icbari tibbi sığorta əsasında kömək göstərilir”.
 
 
Ə. Əhmədov əlavə edib ki,  pilot layihənin bir il ərzində həyata keçirilməsi nəzərdə tutulub: “Güman edirəm ki, icbari tibbi sığortanı bütün respublika ərazisində tətbiq edə biləcəyik. İnanıram ki, bu layihənin icrası zamanı çatışmazlıq ortaya çıxarsa, onun aradan qaldırmaq imkanımız olacaq  və çalışacağıq ki, ölkə üzrə icbari tibbi sığortaya keçilən zaman bu problemlər və çətinliklər təkrarlanmasın”.  
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273731

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR