“İslamiada zamanı təhlükəsizlik təmin olunacaq" - Mədət Quliyev

“İslamiada zamanı təhlükəsizlik təmin olunacaq" - Mədət Quliyev
13:59 3 May 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanlılar təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar. Şübhəsiz ki, hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizliyi Xidməti əlindən gələni edir ki, əmin-amanlıq olsun".
 
APA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.
 
DTX rəisi IV İslam Həmrəyliyi Oyunlarının çox vacib tədbir olduğunu vurğulayıb: “Azərbaycan prezidenti İlham Əliyev bu ili "İslam Həmrəyliyi ili" elan edib. Bu çərçivədə yarış Azərbaycanda keçiriləcək. Tədbirin təhlükəsizliyi təbii ki, təmin olunacaq".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273734

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR