Səməd Seyidov Ukraynaya getdi

Səməd Seyidov Ukraynaya getdi
16:23 3 May 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Kiyevə səfərə gedib.

Publika.az xəbər verir ki, səfər zamanı S.Seyidov Ukrayna parlamentində həmkarları ilə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə iki ölkə arasında parlament əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq, qanun yaradıcılığı sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsi aparılacaq.

Səfər mayın 4-də başa çatacaq.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR