Tovuzda Gürcüstan vətəndaşını "tok" vurdu

Tovuzda Gürcüstan vətəndaşını "tok" vurdu
21:09 3 May 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan vətəndaşını Tovuzda elektrik cərəyanı vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb.

 

Kəndin ərazisindən keçən qaz borularının çəkilişi zamanı tikintidə işləyən Gürcüstan respublikasının vətəndaşı, 1996-cı il təvəllüdlü Qelaşvili Zaurini elektrik cərəyanı vurub.

 

O rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Z.Qelaşviliyə tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273769

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR