Azərbaycanda ilk qorxu filminin qala gecəsində nələr yaşandı? - FOTOLAR

Azərbaycanda ilk qorxu filminin qala gecəsində nələr yaşandı? - FOTOLAR
10:08 4 May 2017
54 Şou
Ölkə mətbuatı
A- A+

Dünən Nizami Kino Mərkəzində Azərbaycanda ilk dəfə qorxu janrında çəkilən "Xənnas" filminin qala gecəsi keçirilib.

Publika.az xəbər verir ki, qala gecəsində filmin yaradıcı heyəti Pərvin Abıyeva, Zemfira Əbdülsəmədova, Hikmət Rəhimov, Qorqud Cəfər, Türkay Cəfərli, Nərgiz Əliyeva, Zarina Qurbanova ilə yanaşı, musiqi və kino sahəsinin də tanınmış simaları iştirak edib.

Filmin rejissoru Elvin Abdullayev təəssüratlarını bizimlə bölüşüb:

"Filmdə gənc aktyorlar çəkilib və obrazlarının öhdəsindən peşəkarcasına gəliblər. Tam məsuliyyətlə deyirəm ki, "Xənnas" filmi Azərbaycanda ilk mistik trellerdir. Əkran işinin Bakıda və Türkiyədə böyük marağa səbəb olacağına inanıram. Hazırda əməkdaşımız İstanbuldadır və iş birliyimiz baş tutarsa film İstanbul kinoteatrlarında da yayımlanacaq. Filmin maliyyəsinə gəlincə 200 mindən yuxarı məbləğ xərcləmişik və ekran əsərindən bir milyon pul qazanmağa iddialıyıq. Qorxu janrı komediya janrında çəkilən filmlərdən heç də geridə qalmayacaq. Birincisi, aktyorlarıma, ikincisi isə, tamaşaçılara güvənirəm ki, onlar bu fərqliliyi gördükdə, izləmə marağı yaranacaq. Üçüncüsü də dostlarıma güvənirəm ki, filmin daha çox səs-səda doğurmasında öz dəstəklərini bizdən əsirgəməyəcəklər".

Filmdə baş rolu ifadə edən aktrisa Pərvin Abıyeva isə jurnalistlərə açıqlama verməyib. O, səhnəyə çıxıb çox həyacanlı olduğunu, eyni zamanda filmin uğur qazanmasına şübhə etmədiyini ifadə edib.

"Xənnas"ın rəsmi saundtrekini isə reper Xpert-ə (Şəhriyar Atababayev) yazıb.

Onu da qeyd edək ki, filmin adı "Qurani-Kərim"də olan Nas surəsi ilə bağlıdır. Həmin surədə deyilir ki, "sığınıram Allaha, xənnaslıq edən şeytanın şərindən". Xənnaslıq istədiyini səndən almayınca əl çəkməyən varlığa deyirlər. Məhz buna görə film "Xənnas" adlanır.

Aytən
Fotolar: Nurlan Gülməmmədov


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/197496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR