Napoleonun sürgün həyatı başlayıb

1814-cü ilin bu günü Napoleonun Elba adasında sürgün həyatı başlayıb.

4 may 1904-cü ildə Panama kanalının yarımçıq qalan tikintisi yenidən başlanıb.

1910-cu ilin bu günü Kanadada hərbi dəniz donanması təşkil edilib.

4 may 1920-ci ildə XI Qırmızı Ordu hissələri Astaraya daxil olub.

1966-cı ilin bu günündə İtaliyanın Torino şəhərində SSRİ və İtaliya arasında avtomobil zavodu tikmək barədə saziş imzalanıb.

1994-cü ilin 4 mayında Avropa Parlamenti Finlandiya, Norveç və Avstriyanın 1 yanvar 1995-ci ildən etibarən Avropa Birliyinə qəbul edilməsinə səs verib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR