Xəbər verdiyimiz kimi, Kənan və Kadir Doğuluların bacısı Asumanın xına gecəsi keçirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, məkandan çıxarkən Kadir və xanımı Neslihan Atagül jurnalistlərin suallarını cavablandırıblar.

N.Atagül ərinin baş hərfini dodağının iç tərəfinə tatu etdirməsi barədə danışıb:

"Çətinlik çəkmədim, incitmədi. Kadirin eynisini etmək istəmişdim".

Kadir də həmin döymə haqqında "Öz seçimidir, öz bədənidir. Hörmət edirəm. Mən də heç vaxt sevgimi göstərməkdən çəkinmirəm" deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində