Bakıda 3 qadın özünü binadan atmaq istədi – İŞƏ POLİS QARIŞDI

Bakıda 3 qadın özünü binadan atmaq istədi – İŞƏ POLİS QARIŞDI
12:09 4 May 2017
23 Digər
Ölkə mətbuatı
A- A+

Polis Bakıda mənzilə daxil olmağa cəhd göstərmiş şəxsi saxlayıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 3-də saat 5 radələrində DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Polis Taborunun 2 əməkdaşı - polis serjantları Rasim Şahgəldiyev və Rövşən Mirələkbərov xidmətdə olduqları vaxt Nəsimi rayonu Nizami küçəsindəki mənzillərdən birinin eyvanında (2-ci mərtəbə) olan 3 nəfər qadından birninin özünü atdığını görüblər. Dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşları digər qadınların özlərini atmalarının qarşısını alıb və həmin mənzilə qalxaraq qapını dəmir boru ilə açmağa cəhd göstərən Şabran rayon sakini Yaşar Əsədovu saxlayaraq 22-ci Polis Bölməsinə təhvil veriblər.

 

Araşdırma zamanı özünü atan qadının həmin mənzildə kirayədə yaşayan Qəbələ rayon sakini Könül Əmiraslanova olması müəyyən edilib. Xəstəxanaya yerləşdirilən K.Əmiraslanovanın vəziyyəti ağırıdır.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273809

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR