Bakıda evləri talan edən dəstə zərərsizləşdirildi

Bakıda evləri talan edən dəstə zərərsizləşdirildi
13:29 4 May 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, cari il aprelin 9-dan mayın 3-dək olan müddətdə Binəqədi rayonu ərazisindəki evlərdən birindən qapının qıfılını sındırmaq yolu ilə məişət texnikası və əşyalar oğurlanıb.  Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ülvi Hacıyev, Vitali Qliyev, Bəhruz Mustafayev, Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Kamran Əliyev və Kürdəmir rayon sakini Fərizə Heydərova tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların rayon ərazisindəki daha 3 evdən ümumilikdə 1300 manat pul, 4270 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273821

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR