Azərbaycanda mistik janrda çəkilən ilk film - "Xənnas"ın QALA GECƏSİ (FOTO)

Azərbaycanda mistik janrda çəkilən ilk film - "Xənnas"ın QALA GECƏSİ (FOTO)
16:01 4 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanda ilk dəfə mistik janrda çəkilən "Xənnas" filminin qala gecəsi baş tutub.

Trend-in məlumatına görə, filmin şou biznes ulduzlarının iştirakı ilə təşkil olunan qala gecəsi Nizami Kino Mərkəzində olub. Filmi gənc və istedadlı rejissor Elvin Abdulla ekranlaşdırıb.

"Xənnas"da Zemfira Əbdülsəmədova, Hikmət Rəhimov, Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Zarina Qurbanova və başqaları rol alıb.

Qeyd edək ki, filmin adı "Qurani-Kərim"də olan Nas surəsi ilə bağlıdır. Həmin surədə deyilir ki, "sığınıram Allaha, xənnaslıq edən şeytanın şərindən". Xənnaslıq istədiyini səndən almayınca əl çəkməyən varlığa deyirlər. Məhz buna görə film "Xənnas"adlanır."

Film bu gündən etibarən, bütün CinemaPlus kinoteatrlarında (Gənclik Mall, 28 Mall, AygunCity, Azərbaycan k/t, Nizami k/t, Gəncə şəhəri) nümayişə başlayır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2750111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR