Kövkəb Səfərəliyevanın 110 illik yubileyinə həsr olunmuş konsert

Kövkəb Səfərəliyevanın 110 illik yubileyinə həsr olunmuş konsert
17:05 4 May 2017
Ölkə mətbuatı
A- A+

Mayın 3-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə xalq artisti, görkəmli pianoçu, professor, respublikanın ilk pianoçu-pedaqoqu Kövkəb Səfərəliyevanın 110 illik yubileyinə həsr olunmuş konsert  keçirilib. Konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutub.

Milli.Az bildirir ki, konsertdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bəstəkarlar İttifaqının katibi, professor, musiqişünas Zemfira Qafarova, Kövkəb Səfərəliyevanın qohumu Valid Səfərəliyev, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və tələbələr iştirak ediblər. 

Zemfira Qafarova çıxışında görkəmli sənətkarın həyat və yaradıçılığı haqqında geniş məlumat verib. Bildirib ki, Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.

Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin  şagirdlərinin ifasında T.Quliyev "Lirik mahnı", F.Əmirov "1001 gecə" baletindən "Mərcanənin rəqsi", M. Maqomayev "Azərbaycan", F.Nağıyev "Xatırlayasan məni", N.Baklanova "Mazurka", K.Sen-Sans "Qu quşu", P.Çaykovski "Payız mahnısı", R.Şuman "Romans", S.Raxmaninov "İtalyan polkası", F.Şopen "Polonez" kimi azərbaycan və avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda Kövkəb Səfərəliyevanın qohumu Valid Səfərəliyev çıxış edərək, tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/541652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR