Nazirlikdə 24 saat fasiləsiz fəaliyyət göstərən Qərargah yaradıldı

Nazirlikdə 24 saat fasiləsiz fəaliyyət göstərən Qərargah yaradıldı
18:24 4 May 2017
62 Digər
Ölkə mətbuatı
A- A+

2017-ci ilin may ayının 12-dən 22-dək  Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Səhiyyə Nazirliyi  tərəfindən hazırlıq işləri davam edir.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, iştirakçı idmançılara və qonaqlara lazımi tibbi xidmətlərin vaxtında göstərilməsini  təmin etmək  və bu müddət ərzində yarana biləcək hər hansı bir halı operativ həll etmək  məqsədi ilə Səhiyyə Nazirliyində  24 saat fasiləsiz fəaliyyət göstərən Qərargah yaradılıb.

Oyunlar zamanı Bakıya gələcək qonaqlar  üçün səhiyyə məsələləri ilə bağlı məlumat hazırlanıb və IV İslam Həmrəyliyi  Oyunlarının rəsmi internet səhifəsində yerləşdirilib.

 

Oyunlar ərəfəsində istər idmançılar və ölkəyə gəlmiş  qonaqlar, istərsə də əhalinin ehtiyaclarına uyğun tibbi xidmətlərin yüksək səviyyədə göstərilməsi ilə bağlı bütün tibb müəssisələrində gücləndirilmiş iş rejimində fəaliyyətin  göstərilməsi üçün zəruri şərait yaradılıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273851

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR