Rusiyalı alim Xocalı soyqırımının tanınması üşün HƏRƏKƏTƏ KEÇDİ

Rusiyalı alim Xocalı soyqırımının tanınması üşün HƏRƏKƏTƏ KEÇDİ
18:43 4 May 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyalı alim, tarixçi Oleq Kuznetsov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanınması üçün 2017-ci il mart ayının əvvəlindən başlayaraq petisiyaya başlayıb. Petisiya RF Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanıb.

“Qafqaz Tarixi Mərkəzi” Təşkilatından Publika.az-a verilən məlumata görə, Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırım aktı kimi qiymətləndirilməsi çağırış olunur. Bu petisiya həm də Rusiyanın Dövlət Dumasında faciənin soyqırım kimi qəbul edilməsində, onu törədən erməni cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətə malikdir.

Rusiya Dövlət Dumasını üzvlərinə ünvanlanmış petisiyaya qoşulmaq üçün www.change.org saytına daxil olmaqla imza sayını artırmaq mümkündür.

Qeyd edək ki, Rusiyanın Dövlət Dumasında sözügedən soyqırıma baxılması üçün bu petisiyaya 6 ay ərzində 200 min nəfər qoşulmalıdır. 9 milyonluq əhali üçün 200 min imzanı 6 ay ərzində toplamaq qəliz məsələ deyil, əksinə məqsədə daha tez nail oluna bilər.

Azərbaycan vətəndaşlarını aşağıdakı linkə daxil olaraq petisiyanı dəstəkləməyə (imzalamağa) çağırırıq.

https://www.change.org/p/%D0%B3%D0%BE%D1%81%D1%83%D0%B4%D0%B0%D1%80%D1%81%D1%82%D0%B2%D0%B5%D0%BD%D0%BD%D0%B0%D1%8F-%D0%B4%D1%83%D0%BC%D0%B0-%D1%84%D1%81-%D1%80%D1%84-%D0%BF%D1%80%D0%B8%D0%B7%D0%BD%D0%B0%D1%82%D1%8C-%D0%B3%D0%B5%D0%BD%D0%BE%D1%86%D0%B8%D0%B4-%D0%B0%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%86%D0%B5%D0%B2-%D0%B2-%D1%85%D0%BE%D0%B4%D0%B6%D0%B0%D0%BB%D1%8B-25-26-%D1%84%D0%B5%D0%B2%D1%80%D0%B0%D0%BB%D1%8F-1992-%D0%B3%D0%BE%D0%B4%D0%B0


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR