24 saat fəaliyyət göstərən Qərargah yaradıldı

24 saat fəaliyyət göstərən Qərargah yaradıldı
10:53 5 May 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

May ayının 12-dən 22-dək Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Səhiyyə Nazirliyi tərəfindən hazırlıq işləri davam edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iştirakçı idmançılara və qonaqlara lazımi tibbi xidmətlərin vaxtında göstərilməsini təmin etmək, və bu müddət ərzində yarana biləcək hər hansı bir halı operativ həll etmək məqsədi ilə Səhiyyə Nazirliyində 24 saat fasiləsiz fəaliyyət göstərən Qərargah yaradılıb.

“Oyunlar zamanı Bakıya gələcək qonaqlar üçün səhiyyə məsələləri ilə bağlı məlumat hazırlanıb və IV İslam Həmrəyliyi Oyunlarının rəsmi internet səhifəsində yerləşdirilib. Oyunlar zamanı istər idmançılar və ölkəyə gəlmiş qonaqlar, istərsə də əhalinin ehtiyaclarına uyğun tibbi xidmətlərin yüksək səviyyədə göstərilməsi ilə bağlı bütün tibb müəssisələrində gücləndirilmiş iş rejimində fəaliyyətin göstərilməsi üçün zəruri şərait yaradılıb”, - deyə məlumatda qeyd olunur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR