Heydər Əliyev adına hava limanında yanğın-taktiki təlim keçirilir

Heydər Əliyev adına hava limanında yanğın-taktiki təlim keçirilir
11:44 5 May 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

 

Mayın 5-də Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin qüvvə və vasitələri cəlb olunmaqla Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın-taktiki təlim keçirilir. Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, təlimin keçirilməsində əsas məqsəd “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları ərəfəsində aeroport ərazisində təhlükəsizliyin qorunması üçün aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, mümkün yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkarlığının daha da artırılmasından ibarətdir.

 

Təlimə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Tibb Xidmətinin və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təhlükəsizlik xidmətlərinin qüvvə və texnikası cəlb edilib.

 

Təlimdə sərnişin təyyarəsində şərti olaraq baş vermiş yanğının söndürülməsi, sərnişinlərin təxliyəsi, onlara ilkin tibbi yardım göstərilməsi üzrə məşqlər həyata keçirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273906

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR