Xərçəngi hörümçəklə müalicə edəcəklər

Hörümçəklər həyat qurtaracaq.

Metbuat.az xəbər verir ki, İrlandiyada aparılan araşdırmaya görə, hörümçəklər qorxulu yuxumuz olmaqdan çıxacaq və bizi bakteriyalardan qoruyacaq. E-koli kimi bir çox bakteriyaları yox edən hörümçək zəhəri tibb sahəsində istifadə ediləcək.

İrlandiyada yerləşən "Galway" Beynəlxalq Universitetinin həkimi Mişel Duqonun sözlərinə görə, hörümçəyin zəhəri bakteriyaları yox edir. Həm də, insana zərər vermədən:

"Bir çox fərqli heyvan da bu məqsədlə istifadə edilə bilər. Qısqacları ilə fərqli səthlərə tutunan həşəratlar, su altında da zəhərli yağlarını ifraz edə bilir. Sırf bu əməliyyatı etmələri zəhərli yağlarının əməliyyatlarda rahatlıqla istifadə edilməsinin önünü açacaq”.

Tibbi dünyasındakı bu yeniliklər xərçəngin müalicəsində ümid işığı olacaq.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR