Mosulda mətkəbə raket atıldı: 18-i uşaq olmaqla, 81 nəfər öldü

Mosulda mətkəbə raket atıldı: 18-i uşaq olmaqla, 81 nəfər öldü
12:34 5 May 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı böyük faciə yaşanıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, şəhərinin qərbində gedən döyüşlərdən qurtulmaq üçün məktəbə sığınan mülki vətəndaşa qarşı raket bombalamasında 81 nəfər ölüb.

 

İŞİD-in kontrolunda olan EL-Vela məktəbini hədəf alan raket zərbəsində 34 kişi, 29 qadın, 18 uşaq dünyasını dəyişib.

 

Hələlik məktəbi kimlərin bombaladığı bəlli deyil.

 

Həmçinin, terrorla mübarizə bölməsindən yüzbaşı ƏLİ el-Behadili Anadolu Agentliyinə En-Neccar Məhəlləsi yaxınlığında raket zərbəsi nəticəsində İŞİD-in müharibə idarəsinə cavabdeh Həbib Əbdülcəbbarın öldüyünü açıqlayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR