Dünyanın ən lüks uçan sarayı istifadəyə verildi - VİDEO - FOTO

Dünyanın ən lüks uçan sarayı istifadəyə verildi - VİDEO - FOTO
12:57 5 May 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

Multimilyonçularla milyarderlərin özəl reaktiv təyyarələri var. Məşhur avaişirkətlər də biznes-klass müştərilərinə çox yüksək səviyyəli servis təklif edirlər. Lakin bu təyyarədəki rahatlıq, servis və super şərait heç bir aviaşirkətin laynerində yoxdur.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Çinin "Beijing Capital Airlines" aviaşirkətinin törəmə strukturu olan "Deer Air" aviaşirkəti "Deer Jet" təyyarəsini istifadəyə verib.

Boeing 787 Dreamliners avialaynerinin yenilənməsi və dəyişməsindən sonra ərsəyə gətirilmiş "Deer Jet" hazırda dünyanın ən böyük özəl sərnişin təyyarəsidir.

Adi Boeing 787 Dreamliners avialeyneri 240-335 sərnişin daşıyır. Lakin "Deer Jet" vur-tut 30 sərnişin üçün nəzərdə tutulub.

280 milyon dollar dəyərindəki bu təyyarənin 1 saatlıq icarə haqqı 28 min dollardır.

"Uçan pentahus" adlandırılan bu təyyarə hazırda Londonun Stansted aeroportundadır.

Təyyarənin uçuş-icarə qiymətləri belədir:

1. London- Nyu-Yorok - 370 min dollar

2. Nyu-York-Avstraliya - 490 min dollar

3. Dubay-Oklend - 420 min dollar

4. Dallas-Sidney - 382 min dollar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Как выглядит самый роскошный авиалайнер в мире

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/georgia/541852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR