Maliyyə və İnvestisiya Forumu – FİF2017-yə hazırlıqlar tamamlandı

Maliyyə və İnvestisiya Forumu – FİF2017-yə hazırlıqlar tamamlandı
13:19 5 May 2017
92 Digər
Ölkə mətbuatı
A- A+

06 may tarixində dövlət və özəl biznes sahələrindən 15 spikerin çıxışı gözlənilir.

 

Lent.az bildirir ki, Bakı şəhərində 15 yerli və xarici spikerin iştirakı ilə keçiriləcək Maliyyə və İnvestisiya Forumuna (FİF2017) artıq sayılı günlər qalır. Forumun təşkilat komandasından əldə etdiyimiz məlumata görə, artıq hazırlıq işləri demək olar ki, yekunlaşıb. Eyni zamanda günümüzün iqtisadi reallıqlarına uyğun aktual mövzularla çıxış edəcək spikerlər də tam dəqiqləşib. Çıxış edəcək spikerlərin siyahısı aşağıdakı kimidir.

 

Vüsal Qasımlı – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı Direktoru

Niyazi Abbasov – Gilan Holdinq

Orhan Ayanlar – MEDİTERRA / CFA

Abdulla İsayev – Bakı Fond Birjası

İntiqam Səfərəliyev – AzFinans İnvestisiya Şirkəti

Orxan İsmayılov – Maliyyə Bazarlarına Nəzarət Palatası

Vüqar Əliyev – KPMG Azərbaycan

Fuad Kərimov – Gilan Holdinq

Fərid Musayev – PMD Group

Uğur Çağlar – Azərbaycan Sənaye Sığorta

Orxan Bağırov – İnvestAz İnvestisiya Şirkəti

Emin İsmayılov – Azersun Holdinq

Arif Quliyev – PricewaterhouseCoopers audit şirkəti

Azad İsmayılov – Paşa İnşaat

Rəşad Məmmədov – Azərbaycan Sənaye Sığorta

Nicat İmanov – Azərbaycan Respublikasi Vergilər Nazirliyi

 

Qeyd edək ki, FİF2017-nin keçirilməsində əsas məqsəd maliyyə və vergi maarifləndirilməsidir. Forumda dövlət və özəl biznes subyektlərindən 15 yerli və xarici spiker çıxış edəcək. Forum 06 may 2017-ci il tarixində bütöv gün olmaqla keçiriləcək. 1 gün ərzində 3 panel, hər paneldə 1 moderator və 3 spiker, toplam 12 spikerin olması nəzərdə tutulur. Panellərin biri “Maliyyə Bazarları və İnkişaf Perspektivləri”, 2-cisi “Maliyyələşmə Strategiyaları”, 3-cü isə “Vergi Siyasəti və Şəffaf Hesabatlılıq”dır.

Maliyyə və İnvestisiya Forumu Gilan Holdinqin Baş Sponsorluğu, Azər Türk Bank, AzFinans və ADDA Project sponsorluğu, həmçinin New Media, LEDAZ, Webpage.az, Asan Radio, Asan Könüllüləri, RMM Group, AzerÇay, Bazarstore, Synergy Partnership, Köşem, AHK – Alman Azərbaycan Xarici Ticarət Palatasının dəstəyi ilə keçirilir. Forumun media partnyorları Banker.az, Fins.az, banco.az, unvan.az, Marja.az xəbər portallarıdır.

FİF2017 Facemark.az marketinq portalı, ADMEDİA media agentliyi və Fİl Rəqəmsal Marketinq Agentliyi tərəfindən təşkil edilib.

Forumda iştirak etmək və daha ətraflı məlumat üçün www.fif.az rəsmi veb saytı və https://www.facebook.com/fifazerbaijan facebook səhifəsindən məlumat almaq olar.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273920

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR