"Mədəniyyətlərarası dialoq qlobal problemləri həll etməyə kömək edə bilər"

"Mədəniyyətlərarası dialoq qlobal problemləri həll etməyə kömək edə bilər"
18:18 5 May 2017
39 Digər
Ölkə mətbuatı
A- A+

"Bu gün dünyada çox hadisələr baş verir və IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər qlobal problemlərin həlli üçün faydalı ola bilər".

Publika.az xəbər verir ki, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Macarıstanın Xarici iqtisadi əlaqələr və xarici işlər nazirliyinin mədəniyyət və elm diplomatiyası üzrə dövlət katibi İştvan İydyaro deyib.

O bildirib ki, bu forum çox vacibdir və dialoqsuz irəli getmək mümkün deyil:

"Ümid edirəm ki, forum bütün dünya insanlarını birləşdirməyə davam edəcək".

Onun sözlərinə görə, iki ölkə arasında dövlətlərarası münasibətlər yüksək səviyyədədir və iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var:

"Biz bu iş üzərində işləyirik, turizm əlaqələrinin səviyyəsini artırırıq. Ötən il Azərbaycandan 5000 turist Macarıstana səfər edib".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR