Qurbanovun təmkini, Qriqorçukun əsəbi və son üç ildə üç kubok- İCMAL

Qurbanovun təmkini, Qriqorçukun əsəbi və son üç ildə üç kubok- İCMAL
18:29 5 May 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

Oyun  başlayan ərəfədə bütün stadion Azərbaycan himnini oxumağa başladı. Bundan sonra hakim Fariz Yusifov kapitanları iki 14 nömrəni mərkəzə dəvət etdi. Rəşad Sadıqov və Cavid Hüseynovun iştirakı ilə püşk atıldı. İki "14" bir-birilərini qucaqlayaraq uğurlar arzuladılar.


Qarşılaşma təyin olunduğu vaxtdan tam olaraq 6 dəqiqə gec başladı. Oyunun başlama fiti ilə "Qəbələ" irəli atıldı.


Oyunda ilk təhlükəli vəziyyəti “Qəbələ”nin eyni adlı komandası yaratdı. Araz Abdullayevin cərimə zərbəsindən ötürməsin gücrü Nika boşa verdi.


Stadionda ”Qarabağ” və “Qəbələ”nin azarkeşlərinin sayı elə çox olmasa da, oyun boyu bir-biriləri söz ataraq şüar oxuyurdular. 


Oyunun 26-dəqiqəsi "Qəbələ" üçün çox da yaxşı alınmadı. Sağ cinah müdafiəçisi Tellur Mütəlimov zədələndi. Buna görə Roman Qriqorçurk iki əvəzlənə etmək məcburiyyətində oldu. 


Oyunun ilk yarısı cəmi bir ciddi epizodla yadda qaldı. Qarşılaşmanın 40 –cı  dəqiqəsində "Qarabağ" Əfran İsmayılovla qapı dirəyini silkələdi.
 

Oyun boyu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunu təmkinlə izləyirdi. O, ilk hissə boyu cəmi bir dəfə ayağa qalxdı. 

Ondan fərqli olaraq Qriqorçuk ilk hissəsini ayaqda keçirdi.

Birinci hissə qolsuz heç-heçə ilə başa çatdı.

İkinci hissə birinci hissədən fərqli olaraq yüksək templə başladı. “Qarabağ” təzyiqi artırmağa başladı. Bunun nəticəsidir ki, 51 dəqiqədə "Qarabağ" hesabı açdı. Əfran İsrafilovun künc zərbəsindən irəri atdığı topu "Qarabağ"ın gənc forvardı Mahir Mədətov baş zərbəsi ilə tordan keçirdi. 


Qoldan sonra Roman Qriqorçuk müdafiəçilərin kobus səhifini köməkçilərinə göstərirdi. 

Qoldan sonra "Qarabağ" dalabal qapıda təhlükəli hücumlar etməyə başladı.


Həmin ərəfədə “Qəbələ”nin müdafiəsində ciddi çaşqınlıq vardı. İlk öncə Mahir Mədətovun vurduğu top qapıdan yan keçdi. “Qarabağ”ın növbəti künc zərbəsi az qala qolla nəticələnəcəkdi. Bədəvi Hüseynovun başla vurduğu top dirəkdən qayıtdı. 


Bu arada “Qarabağ”ın kapitanı Rəşad Sadiqov da sona qədər oynaya bilmədi. Zədələn kapitan yerini Çoşqun Diniyevə buraxdı.


68-ci dəqiqə “Qəbələ”nin müdafiəçisi Ürfan Abbasov topu öz qapısına göndərdi.Bu qoldan sonra “Qarabağ” artıq qələbəni bayram etməyə başladı.
 

Qriqorçuk sonuncu şan kimi hücumcu Dabonu oyuna buraxsa da, heç bir şeyə nail ola bilmədi. Hakimin final fitindən sonra “qarabağlılar”ın sevincini başa düşmək olardı. Ardıcıl 3 çempionluq və üç kubok...

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273946

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR