Fəhlə 11-ci mərtəbədən yıxılaraq öldü - Xırdalanda

Fəhlə 11-ci mərtəbədən yıxılaraq öldü - Xırdalanda
23:59 5 May 2017
200 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunun Xırdalan şəhərində fəhlə hündürmərtəbəli binadan yıxılaraq ölüb.

 

Lent.az "report"a istinadən xəbər verir ki, bədbəxt hadisə "AAAF Park" yaşayış kompleksi ərazisində qeydə alınıb.

 

Həmin yerdə tikilməkdə olan binada fəhlə işləyən 1991-ci il təvəllüdlü, Süleymanlı Babək Qorxmaz oğlu 11-ci mərtəbədən yerə yıxılıb.

 

Faktla əlaqədar Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273957

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR